21 yanvar 2026. Çərşənbə

“Bu, karyeramın ən önəmli oyunudur”


“Bu, karyeramın ən önəmli oyunudur”

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna qarşı keçiriləcək oyun öncəsi “Qarabağ”ın futbolçusu Pedro Bikalyo mətbuat konfransında iştirak edib.

90deqiqe.Az-ın məlumatına görə, yarımmüdafiəçi qarşılaşmanın həm komanda, həm də özü üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Bizim üçün çox önəmli matçdır. Türkiyədə təlim-məşq toplanışımız oldu və yaxşı hazırlaşmağa çalışdıq. İnanıram ki, sabahkı oyunda istədiklərimizi meydanda həyata keçirə biləcəyik. Turnirin səviyyəsini və oyunun vacibliyini nəzərə alsaq, bu, böyük matçdır. Açıq deyim ki, karyeramın ən önəmli oyunudur”.

Braziliyalı futbolçu qış transfer dönəmində adının digər klublarla hallanmasına da münasibət bildirib və bunun matça köklənməsinə təsir etmədiyini vurğulayıb:

“Qətiyyətlə deyə bilərəm ki, bu cür söhbətlər diqqətimi yayındırmır. Sabahkı oyun karyeramın ən vacib qarşılaşmasıdır və tamamilə bu görüşə fokuslanmışıq. Digər məsələlər klub rəhbərliyinin işidir”.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.







Çempionlar liqası

Mbappe Beyl və Fiqunu geridə qoydu
  • Çempionlar liqası
  • 00:52 21.01.2026
Mbappe Beyl və Fiqunu geridə qoydu
“Rəqib çox yaxşı təşkil olunmuşdu”
  • Çempionlar liqası
  • 00:37 21.01.2026
“Rəqib çox yaxşı təşkil olunmuşdu”