- Çempionlar liqası
- 01:06 21.01.2026
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VII turunda “Kayrat” və “Brügge” komandaları üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, qarşılaşma Almatı şəhərindəki “Mərkəzi” stadionda keçirilib.
Donatas Rumşasın idarə etdiyi matç Belçika təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesab 32-ci dəqiqədə qonaqların hücumçusu Aleksandar Stankoviç tərəfindən açılıb. Qeyd edək ki, o, “Spartak”ın sabiq baş məşqçisi Deyan Stankoviçin oğludur.
38-ci dəqiqədə Hans Vanaken “Brügge”nin üstünlüyünü artırıb. 75-ci dəqiqədə Romeo Vermant, 84-cü dəqiqədə isə Brendon Meşele fərqlənərək hesabı darmadağın səviyyəsinə çatdırıblar. Əlavə vaxtda Adilet Sadıbekov “Kayrat”ın təsəlli qolunu vurub.
Yeddi turdan sonra Qazaxıstan klubu 1 xalla 36-cı pillədə qərarlaşıb. “Brügge” isə 7 xalla 23-cü yerdədir.
Qeyd edək ki, Çempionlar Liqasının final oyunu 30 may 2026-cı ildə Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.