- Çempionlar liqası
- 02:19 21.01.2026
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün VII turunda “Budo-Qlimt” və “Mançester Siti” üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, matç Norveçin Budo şəhərindəki “Aspmyra” stadionunda keçirilib və ev sahibləri 3:1 hesablı qələbə qazanıb. Qarşılaşmanı Sven Yablonski idarə edib.
22-ci dəqiqədə Kasper Hoq hesabı açıb və yalnız iki dəqiqə sonra ikinci qolunu vuraraq fərqi artırıb. 58-ci dəqiqədə Jens Petter Houq “Budo-Qlimt”in üstünlüyünü möhkəmləndirib. 60-cı dəqiqədə qonaqların hücumçusu Rayan Şerki hesabı 3:1 edib.
61 və 62-ci dəqiqələrdə “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri ardıcıl iki sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Yeddi turdan sonra norveçlilər 6 xalla 26-cı pillədə qərarlaşıb. İngiltərə klubu isə 13 xalla 4-cü sıradadır.
Qeyd edək ki, Çempionlar Liqasının finalı 30 may 2026-cı ildə Budapeştdəki “Puškaş Arena”da keçiriləcək.