14 may 2026. Cümə axşamı

Qabriel Xesus Çempionlar Liqasında 783 günlük fasiləni qırdı


Qabriel Xesus Çempionlar Liqasında 783 günlük fasiləni qırdı

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün VII turunda “İnter” və “Arsenal” komandaları qarşı-qarşıya gəlib.

90deqiqe.Az xəbər verir ki, matç Milanda keçirilib və hesabı açan “Arsenal”ın hücumçusu Qabriel Xesus olub.

Hazırda davam edən “İnter” – “Arsenal” matçında hesab 1:1-dir.

Qeyd edək ki, Xesus Çempionlar Liqasında sonuncu dəfə 29 noyabr 2023-cü ildə “Lens”ə qol vurmuşdu. Braziliyalının “quru” seriyası 783 gün davam edib.

Xatırladaq ki, keçən il hücumçu ciddi diz zədəsi səbəbindən uzun müddət meydandan kənarda qalmışdı.

 







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"