29 oktyabr 2026. Cümə axşamı

“Rəqib çox yaxşı təşkil olunmuşdu”


“Rəqib çox yaxşı təşkil olunmuşdu”

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasının VII turunda “Budo-Qlimt”ə 1:3 hesablı məğlubiyyətdən sonra oyunu şərh edib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis Norveç təmsilçisinin gücünü yaxşı bildiyini və rəqibi qətiyyən zəif qiymətləndirmədiyini vurğulayıb:

“‘Budo-Qlimt’in nə qədər güclü komanda olduğunu yaxşı bilirəm. Onları heç vaxt dəyərləndirməmişəm, çünki Avropa Liqasındakı yarımfinal çıxışları hələ də yaddaşımdadır. Bizim üçün çətinliklər çox idi – əsas futbolçularımız zədəli idi, üstəlik, oyunun bir hissəsini azlıqda keçirdik. Növbəti matçlar öncəsi dinamikanı dəyişməliyik”.

Qvardiola komandasının son oyunlardakı çıxışına da toxunub:

“‘Mançester Yunayted’lə matçda süst idik, amma bu gün yox. Savio və Doku kimi vingerlərimiz yox idi. Digər xətlərdə də bizə daha çox sabitlik verə biləcək oyunçular çatışmırdı. Rəqib çox yaxşı təşkil olunmuşdu və bizə qarşı oynamaq asan olmadı. ‘Budo-Qlimt’ yaxşı oyun göstərdi. Onları təbrik edirik”.

Qeyd edək ki, “Mançester Siti” növbəti oyununu yanvarın 24-də İngiltərə Premyer Liqası çərçivəsində “Vulverhempton”a qarşı keçirəcək.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi