21 yanvar 2026. Çərşənbə

Şerki "Mançester Siti"nin Çempionlar Liqasındakı 300-cü qolunu vurub


Şerki "Mançester Siti"nin Çempionlar Liqasındakı 300-cü qolunu vurub

UEFA Çempionlar Liqasının növbəti turunda “Mançester Siti” səfərdə Norveçin “Budo-Qlimt” klubuna 1:3 hesabı ilə məğlub olub.

90deqiqe.Az xəbər verir ki, “şəhərlilər”in heyətində yeganə qolu fransalı vinger Rayan Şerki vurub. Bu qol “Mançester Siti”nin Çempionlar Liqasının əsas mərhələsində vurduğu 300-cü qol kimi tarixə düşüb.

Qeyd edək ki, statistikaya yalnız əsas turnir oyunları daxildir, seçmə mərhələlər nəzərə alınmayıb.

Lakin bu göstərici “Mançester Siti” üçün zəif təsəlli sayıla bilər. Komanda Norveç səfərindən üç xalla qayıtmaq niyyətində idi, lakin istəyinə çata bilmədi.

Xosep Qvardiolanın komandası Çempionlar Liqasının ümumi mərhələsində son turda Türkiyənin “Qalatasaray” klubunu qəbul edəcək. Qarşılaşma yanvarın 28-də, çərşənbə günü keçiriləcək.







Çempionlar liqası

“Napoli” “Kopenhagen”lə heç-heçə etdi
  • Çempionlar liqası
  • 02:19 21.01.2026
“Napoli” “Kopenhagen”lə heç-heçə etdi
“Sportinq” evdə PSJ-yə qalib gəldi
  • Çempionlar liqası
  • 02:02 21.01.2026
“Sportinq” evdə PSJ-yə qalib gəldi
“Real” "Monako”nu darmadağın etdi
  • Çempionlar liqası
  • 01:59 21.01.2026
“Real” "Monako”nu darmadağın etdi
“Arsenal" səfərdə “İnter”i məğlub etdi
  • Çempionlar liqası
  • 01:57 21.01.2026
“Arsenal" səfərdə “İnter”i məğlub etdi
Mbappe Beyl və Fiqunu geridə qoydu
  • Çempionlar liqası
  • 00:52 21.01.2026
Mbappe Beyl və Fiqunu geridə qoydu