29 oktyabr 2026. Cümə axşamı

Mbappe Beyl və Fiqunu geridə qoydu


Mbappe Beyl və Fiqunu geridə qoydu

“Real” klubunun hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında rəqibləri məyus etməyə davam edir.

90deqiqe.Az xəbər verir ki, fransalı ulduz “Monako”ya qarşı keçirilən oyunda artıq matçın 5-ci dəqiqəsində hesabı açıb, 26-cı dəqiqədə isə keçmiş komandasının qapısına ikinci qolunu vuraraq dubl edib.

Bu qollar Mbappenin “kral klubu”nun heyətində Çempionlar Liqasında vurduğu qolların sayını 18-ə çatdırıb. Bununla da 27 yaşlı forvard “Real” tarixində bu turnirdə hərəyə 16 qol vurmuş Qaret Beyl və Luiş Fiqunu geridə qoyub. Qeyd edək ki, Mbappe Madrid təmsilçisinə cəmi bir il yarım əvvəl transfer olunub.

Hazırda fransalı hücumçunun cari mövsüm Çempionlar Liqasındakı qol sayı 11-ə çatıb. O, bombardirlər yarışında ən yaxın izləyicilərini beş qol fərqi ilə qabaqlayaraq turnirin ən məhsuldar futbolçusu statusunu möhkəmləndirib.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi