13 fevral 2026. Cümə

“Arsenal" səfərdə “İnter”i məğlub etdi


“Arsenal" səfərdə “İnter”i məğlub etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 7-ci turu çərçivəsində “İnter” və “Arsenal” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, “San-Siro” (“Cüzeppe Meatsa”) stadionunda keçirilən qarşılaşmada London təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Matçın baş hakimi Portuqaliyadan olan Joau Pedro Pinyeiru olub. Qarşılaşmada hesab 10-cu dəqiqədə açılıb. “Arsenal”ın hücumçusu Qabriyel Jezus fərqlənərək komandasını hesabda önə çıxarıb. “İnter” 18-ci dəqiqədə Petar Suçiçin qolu ilə bərabərliyi bərpa edib. Lakin 31-ci dəqiqədə Qabriyel Jezus ikinci qolunu vuraraq dubla imza atıb. Oyunda son nöqtəni isə 84-cü dəqiqədə Viktor Dьökerеш qoyub.

Bu nəticədən sonra “İnter” 12 xalla UEFA Çempionlar Liqasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. “Arsenal” isə 21 xalla liderliyini davam etdirir.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün final oyunu Budapeştdə yerləşən “Puşkaş Arena”da keçiriləcək. Turnirin həlledici qarşılaşması 30 may 2026-cı il tarixinə planlaşdırılıb.







Çempionlar liqası