- Çempionlar liqası
- 02:19 21.01.2026
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 7-ci turu çərçivəsində Portuqaliyanın “Sportinq” klubu ilə Fransanın PSJ komandası qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Lissabonda yerləşən “Joze Alvalade” stadionunda keçirilən oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.
Görüşün 30-cu dəqiqəsində PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri hesabı açsa da, VAR yoxlamasından sonra qol ləğv edilib. Matçda hesab 74-cü dəqiqədə açılıb. “Sportinq”in hücumçusu Luis Suares fərqlənərək komandasını önə çıxarıb. Beş dəqiqə sonra, 79-cu dəqiqədə PSJ-nin forvardı Xviça Kvaratsxeliya tarazlığı bərpa edib. Qarşılaşmanın əsas vaxtına əlavə olunan son dəqiqədə Luis Suares dubla imza ataraq “Sportinq”i yenidən hesabda irəli çıxarıb və oyunda yekun hesabı müəyyənləşdirib — 2:1.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün final oyunu Budapeştdə yerləşən “Puşkaş Arena”da keçiriləcək. Turnirin həlledici qarşılaşması 30 may 2026-cı il tarixinə planlaşdırılıb. Hazırkı Çempionlar Liqasının qalibi PSJ-dir.