- Çempionlar liqası
- 02:19 21.01.2026
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 7-ci turu çərçivəsində “Tottenhem” və Dortmund “Borussiya”sı üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Londonda yerləşən “Tottenhem Hotspur” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın baş hakimi İsveçin Borlenqe şəhərindən olan Qlenn Nyuberq olub. Qarşılaşmada hesab 14-cü dəqiqədə açılıb. “Tottenhem”in müdafiəçisi Kristian Romero fərqlənib. 37-ci dəqiqədə isə Dominik Solanke London təmsilçisinin üstünlüyünü iki topa çatdırıb.
Bu nəticədən sonra “Tottenhem Hotspur” 14 xalla UEFA Çempionlar Liqasının ümumi turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Dortmund “Borussiya”sı isə 11 xalla 12-ci yerdədir.
Növbəti turda “Tottenhem Hotspur” 28 yanvar tarixində səfərdə Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq. Dortmund təmsilçisi isə həmin gün doğma meydanda “İnter”i qəbul edəcək.