- Çempionlar liqası
- 02:19 21.01.2026
Çempionlar Liqası çərçivəsində keçirilən matçda “Olimpiakos” və “Bayer” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmaya sürətli başlayan meydan sahibləri artıq 2-ci dəqiqədə hesabı açıblar. Marselo Rodiney künc zərbəsindən Koştinyaya dəqiq ötürmə edib və o, başla topu qapıya göndərib — 1:0.
“Bayer”in cavab hücumunda Robert Andrix sağ cinahdan Lukas Vaskesi qapı qarşısına çıxarıb. Onun uzaq küncə zərbəsini qapıçı çiyni ilə dəf edib. Daha sonra İbrahim Maza sol cinahdan Alehandro Qrimaldodan ötürmə alaraq uzaq dirəyə doğru ötürmə edib, Lukas Vaskes isə qapıçı meydançasının xəttindən bir toxunuşla zərbə vursa da, top santimetrlərlə qapının üstündən keçib.
Epizodların davamında Ernest Poku sol cinahdan Kristian Kofaneni qapı qarşısına çıxarıb. Onun yaxın məsafədən zərbəsini qapıçı qaytarıb, Lukas Vaskes topu götürərək mərkəzə — Qrimaldoya ötürüb. Müdafiəçinin cərimə meydançasının xəttindən sol küncə zərbəsi də qapıçı tərəfindən dəf edilib.
45-ci dəqiqədə “Olimpiakos” sürətli əks-hücum təşkil edib. Jelson Martins sağ cinahdan Mehdi Taremiyə dəqiq ötürmə edib. İranlı hücumçu cərimə meydançasına daxil olaraq topu qapının yuxarı küncünə göndərib — 2:0.
İkinci hissədə “Bayer”in növbəti hücumunda Artur Soares sağ cinahdan müdafiəçiləri keçərək mərkəzə ötürmə edib. Patrik Şikin zərbəsi isə qarşısına çıxan qapıçıya tuş gəlib.
Bu nəticədən sonra “Olimpiakos” turnir cədvəlində 22-ci pilləyə yüksəlib, “Bayer” isə 19-cu yerdə qərarlaşıb.