21 yanvar 2026. Çərşənbə

“Napoli” “Kopenhagen”lə heç-heçə etdi


“Napoli” “Kopenhagen”lə heç-heçə etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 7-ci turu çərçivəsində “Kopenhagen” və “Napoli” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma intensiv keçsə də, rəqiblər hesabı açmaqda çətinlik çəkiblər.

Matçın əvvəlində Rasmus Höylunn mərkəz sahədən topu sol küncə ötürsə də, zərbəsi qapının üstündən keçib. Antonio Vergara cərimə meydançasının xəttindən zərbə ilə fərqlənməyə çalışsa da, top minimal fərqlə sol küncdən çıxıb.

35-ci dəqiqədə “Kopenhagen”in futbolçusu Tomas Dileyni təhlükəli oyununa görə qırmızı vərəqə alıb və meydandan kənarlaşdırılıb. 39-cu dəqiqədə isə “Napoli”nin Elif Elmas künc zərbəsini qapıçının xəttinə yönəldib, Scott Maktominay başla topu dəqiq zərbə ilə sağ küncə göndərərək hesabı açıb — 0:1.

72-ci dəqiqədə Jordan Larsson 11 metrlik cərimə zərbəsini sol küncə endirsə də, qapıçı topu mərkəzə qaytarıb. Larsson ikinci cəhdində topu torlara göndərərək hesabı bərabərləşdirib — 1:1.

Oyunun davamında Noah Lang sağ cinahdan mərkəzə ötürmə edib. Lorenzo Lucca başla topu Matias Oliveraya yönəldib, lakin qapıçı təhlükəli epizodu qarşısını alaraq topu künc zərbəsinə çevirib.

Bu nəticədən sonra hər iki komanda 8 xalla turnir cədvəlində 21-ci pilləni bölüşür.







Çempionlar liqası

“Napoli” “Kopenhagen”lə heç-heçə etdi
  • Çempionlar liqası
  • 02:19 21.01.2026
“Napoli” “Kopenhagen”lə heç-heçə etdi
“Sportinq” evdə PSJ-yə qalib gəldi
  • Çempionlar liqası
  • 02:02 21.01.2026
“Sportinq” evdə PSJ-yə qalib gəldi
“Real” "Monako”nu darmadağın etdi
  • Çempionlar liqası
  • 01:59 21.01.2026
“Real” "Monako”nu darmadağın etdi
“Arsenal" səfərdə “İnter”i məğlub etdi
  • Çempionlar liqası
  • 01:57 21.01.2026
“Arsenal" səfərdə “İnter”i məğlub etdi
Mbappe Beyl və Fiqunu geridə qoydu
  • Çempionlar liqası
  • 00:52 21.01.2026
Mbappe Beyl və Fiqunu geridə qoydu