21 yanvar 2026. Çərşənbə

Vinisius Junior Kakanın rekorduna şərik oldu


Vinisius Junior Kakanın rekorduna şərik oldu

“Real” klubunun hücumçusu Vinisius Junior Çempionlar Liqasında braziliyalı bombardirlər arasında ikinci pilləyə yüksəlib.

90deqiqe.Az xəbər verir ki, bu hadisə dünən turnirin 7-ci turu çərçivəsində baş tutan “Real” – “Monako” oyununda qeydə alınıb. Madrid təmsilçisi qarşılaşmada rəqibini 6:1 hesabı ilə məğlub edib. Matçda 25 yaşlı forvard vurulan qollardan birinin müəllifi olub.

Həmin qol Vinisiusun Çempionlar Liqasındakı 30-cu qolu olub. Bununla da o, turnirdə vurduğu qolların sayına görə Kaka ilə eyniləşib. Braziliyalı futbolçular arasında siyahıya 43 qolla Neymar başçılıq edir.

Çempionlar Liqasında Braziliya millisinin futbolçuları arasında ən çox qol vuranların ilk üçlüyü belədir:
43 qol – Neymar (“Barselona”, PSJ),
30 qol – Vinisius Junior (“Real”),
30 qol – Kaka (“Milan”, “Real”).

Cari mövsümdə Vinisius Junior “Real”ın heyətində bütün turnirlərdə 30 oyuna çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 150 milyon avro təşkil edir.







Çempionlar liqası

Vinisius Junior Kakanın rekorduna şərik oldu
  • Çempionlar liqası
  • 20:18 21.01.2026
Vinisius Junior Kakanın rekorduna şərik oldu
“Napoli” “Kopenhagen”lə heç-heçə etdi
  • Çempionlar liqası
  • 02:19 21.01.2026
“Napoli” “Kopenhagen”lə heç-heçə etdi
“Sportinq” evdə PSJ-yə qalib gəldi
  • Çempionlar liqası
  • 02:02 21.01.2026
“Sportinq” evdə PSJ-yə qalib gəldi
“Real” "Monako”nu darmadağın etdi
  • Çempionlar liqası
  • 01:59 21.01.2026
“Real” "Monako”nu darmadağın etdi