21 yanvar 2026. Çərşənbə

“Mançester Siti” futbolçuları azarkeşlərin pulunu geri qaytarır


“Mançester Siti” futbolçuları azarkeşlərin pulunu geri qaytarır

“Mançester Siti”nin futbolçuları Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turu çərçivəsində “Budo-Qlimt”lə oyunu stadiondan izləyən azarkeşlərə bilet pullarını geri ödəyəcək.

90deqiqe.Az-ın "Manchester Evening News"a istinadən məlumata görə, azarkeşlərə ümumilikdə 9 357 funt sterlinq (10 760 avro) məbləğində vəsait geri qaytarılacaq.

 “Azarkeşlərimiz bizim üçün hər şeydir. Onların bizi dəstəkləmək üçün səfərlərdə hansı çətinliklərə qatlaşdığını bilirik və bunu heç vaxt adi hal kimi qəbul etməyəcəyik. Soyuq havada çətin bir axşamda bizi dəstəkləyən fanatların uzun yol qət etdiyini anlayırıq. Budöyə gələn azarkeşlərə bilet pullarının qaytarılması edə biləcəyimiz minimumdur”, – deyə “şəhərlilər”in futbolçularının sözlərindən sitat gətirilib.

Qeyd edək ki, qarşılaşma Norveçin Budö şəhərində yerləşən “Aspmyura” stadionunda baş tutub və İngiltərə klubu səfərdə 1:3 hesabı ilə məğlub olub.







Çempionlar liqası

Vinisius Junior Kakanın rekorduna şərik oldu
  • Çempionlar liqası
  • 20:18 21.01.2026
Vinisius Junior Kakanın rekorduna şərik oldu
“Napoli” “Kopenhagen”lə heç-heçə etdi
  • Çempionlar liqası
  • 02:19 21.01.2026
“Napoli” “Kopenhagen”lə heç-heçə etdi
“Sportinq” evdə PSJ-yə qalib gəldi
  • Çempionlar liqası
  • 02:02 21.01.2026
“Sportinq” evdə PSJ-yə qalib gəldi
“Real” "Monako”nu darmadağın etdi
  • Çempionlar liqası
  • 01:59 21.01.2026
“Real” "Monako”nu darmadağın etdi