22 yanvar 2026. Cümə axşamı

“Qarabağ”dan “Ayntraxt” üzərində əzmkar qələbə


 “Qarabağ”dan “Ayntraxt” üzərində əzmkar qələbə

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turu çərçivəsində “Qarabağ” və Frankfurt “Ayntraxt”ı komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Tofiq Bəhramov” adına Respublika stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

Matçın baş hakimi İsveçrənin Büttikon şəhərindən olan Sandro Şerer olub. Görüşdə hesab 4-cü dəqiqədə açılıb. “Qarabağ”ın futbolçusu Kamilo Duran fərqlənərək Azərbaycan təmsilçisini hesabda önə çıxarıb. 11-ci dəqiqədə Can Uzun Frankfurt klubunun cavab qoluna imza atıb. 78-ci dəqiqədə Fares Şaibi penaltini dəqiq yerinə yetirərək Almaniya təmsilçisini hesabda irəli çıxarıb. Lakin 80-ci dəqiqədə Kamilo Duran dubla imza ataraq hesabı bərabərləşdirib. Oyunda son nöqtəni isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə qoyub.

Bu nəticədən sonra “Qarabağ” 10 xalla UEFA Çempionlar Liqasının turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. Frankfurt “Ayntraxt”ı isə 4 xalla 33-cü yerdədir.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün final oyunu Budapeştdə yerləşən “Puşkaş Arena”da keçiriləcək. Turnirin həlledici qarşılaşması 30 may 2026-cı il tarixində baş tutacaq.







Çempionlar liqası

“Nyukasl" evdə PSV-yə şans vermədi
  • Çempionlar liqası
  • 02:07 22.01.2026
“Nyukasl" evdə PSV-yə şans vermədi
“Atalanta” evdə “Atletik”ə uduzdu
  • Çempionlar liqası
  • 02:01 22.01.2026
“Atalanta” evdə “Atletik”ə uduzdu
“Yuventus” evdə “Benfika”nı məğlub etdi
  • Çempionlar liqası
  • 01:53 22.01.2026
“Yuventus” evdə “Benfika”nı məğlub etdi
“Erkən qol hər şeyi dəyişdi"
  • Çempionlar liqası
  • 01:21 22.01.2026
“Erkən qol hər şeyi dəyişdi"