22 yanvar 2026. Cümə axşamı

“Qalatasaray” “Atletiko” ilə heç-heçə etdi


“Qalatasaray” “Atletiko” ilə heç-heçə etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 7-ci turu çərçivəsində Türkiyənin “Qalatasaray” klubu ilə İspaniyanın “Atletiko” (Madrid) komandası qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, İstanbulda yerləşən “RAMS Park” stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçın baş hakimi Rumıniyanın Karey şəhərindən olan İştvan Kovaç olub. Qarşılaşmada hesab 4-cü dəqiqədə açılıb. “Atletiko”nun yarımmüdafiəçisi Culiano Simeone fərqlənərək komandasını hesabda önə çıxarıb. 20-ci dəqiqədə isə Madrid təmsilçisinin müdafiəçisi Markos Lyorrente topu öz qapısına göndərib.

Bu nəticədən sonra “Atletiko” 13 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. “Qalatasaray”ın aktivində isə 10 xal var. İstanbul təmsilçisi 16-cı yerdədir.

Qrup mərhələsinin son turunda Türkiyə klubu səfərdə “Mançester Siti” ilə üz-üzə gələcək. Madrid təmsilçisi isə doğma meydanda “Budo-Qlimt”i qəbul edəcək. Hər iki qarşılaşma 28 yanvar, çərşənbə günü keçiriləcək.







Çempionlar liqası

“Çelsi” “Pafos”a qalib gəldi
  • Çempionlar liqası
  • 02:10 22.01.2026
“Çelsi” “Pafos”a qalib gəldi
“Nyukasl" evdə PSV-yə şans vermədi
  • Çempionlar liqası
  • 02:07 22.01.2026
“Nyukasl" evdə PSV-yə şans vermədi
“Atalanta” evdə “Atletik”ə uduzdu
  • Çempionlar liqası
  • 02:01 22.01.2026
“Atalanta” evdə “Atletik”ə uduzdu
“Yuventus” evdə “Benfika”nı məğlub etdi
  • Çempionlar liqası
  • 01:53 22.01.2026
“Yuventus” evdə “Benfika”nı məğlub etdi
“Erkən qol hər şeyi dəyişdi"
  • Çempionlar liqası
  • 01:21 22.01.2026
“Erkən qol hər şeyi dəyişdi"