- Çempionlar liqası
- 02:13 22.01.2026
“Çox məyusuq. Erkən qol buraxdıq və bu, oyunun taleyini müəyyənləşdirdi”
90deqiqe.Az xəbər verir ki, bu sözləri Almaniyanın “Ayntraxt” komandasının müvəqqəti baş məşqçisi Dennis Şmitt UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Bakıda “Qarabağ”a 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında bildirib.
O, birinci qoldan sonra komandasının toparlandığını və taktiki dəyişikliklər etdiklərini qeyd edib: “Fasilədə müəyyən danışıqlarımız oldu, taktikamızda dəyişikliklər apardıq. ‘Qarabağ’ hesabı bərabərləşdirənə qədər üstün idik, amma rəqib də hücumlar edirdi. Bu matçı analiz edib, qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq. Az vaxtımız var idi, futbolçular meydanda hər şeyi qoydular, amma bir səhv hər şeyi dəyişdi.”
Şmitt komandasının psixoloji durumuna da toxunub: “Bilirəm ki, futbolçular psixoloji baxımdan tam hazır deyillər. Lakin komandanın potensialı yüksəkdir. Nəzərə almaq lazımdır ki, müəyyən itkilərimiz də vardı. Mən sehrbaz deyiləm”