22 yanvar 2026. Cümə axşamı

“Bavariya” doğma meydanda “Yunion”a qalib gəldi


“Bavariya” doğma meydanda “Yunion”a qalib gəldi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 7-ci turu çərçivəsində Almaniyanın “Bavariya” klubu ilə Belçikanın “Yunion” komandası arasında oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Münhendəki “Arena Münxen” stadionunda keçirilən qarşılaşmanı Sloveniyadan olan baş hakim Rade Obrenoviç idarə edib.

Görüşün 52-ci dəqiqəsində “Bavariya”nın hücumçusu Harri Keyn hesabı açıb. Cəmi üç dəqiqə sonra ingilis futbolçu penaltidən dəqiq zərbə ilə dubla imza atıb. 63-cü dəqiqədə isə münhenlilərin müdafiəçisi Kim Min Cje ikinci sarı vərəqəni alaraq meydandan qovulub və komandasını azlıqda qoyub. Matçın 81-ci dəqiqəsində Keyn het-trik etmək şansı qazansa da, növbəti penaltini qola çevirə bilməyib.

Nəticədə “Bavariya” 2:0 hesablı qələbə qazanıb. Bu qələbə sayəsində Almaniya çempionu xallarının sayını 18-ə çatdıraraq turnirin 1/8 final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.

Son turda, yanvarın 28-də “Bavariya” səfərdə PSV ilə qarşılaşacaq. Həmin gün altı xalı olan “Yunion” isə öz meydanında “Atalanta”nı qəbul edəcək.







Çempionlar liqası

“Çelsi” “Pafos”a qalib gəldi
  • Çempionlar liqası
  • 02:10 22.01.2026
“Çelsi” “Pafos”a qalib gəldi
“Nyukasl" evdə PSV-yə şans vermədi
  • Çempionlar liqası
  • 02:07 22.01.2026
“Nyukasl" evdə PSV-yə şans vermədi
“Atalanta” evdə “Atletik”ə uduzdu
  • Çempionlar liqası
  • 02:01 22.01.2026
“Atalanta” evdə “Atletik”ə uduzdu
“Yuventus” evdə “Benfika”nı məğlub etdi
  • Çempionlar liqası
  • 01:53 22.01.2026
“Yuventus” evdə “Benfika”nı məğlub etdi
“Erkən qol hər şeyi dəyişdi"
  • Çempionlar liqası
  • 01:21 22.01.2026
“Erkən qol hər şeyi dəyişdi"