29 oktyabr 2026. Cümə axşamı

“Liverpul” səfərdə “Marsel”ə qalib gəldi


“Liverpul” səfərdə “Marsel”ə qalib gəldi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 7-ci turu çərçivəsində Fransanın “Marsel” və İngiltərənin “Liverpul” klubları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Marseldə yerləşən “Oranj Velodrom” stadionunda təşkil olunan qarşılaşmanı Sloveniyadan olan baş hakim Slavko Vinçiç idarə edib.

Görüş qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın ilk hissəsinə əlavə olunmuş 45+1-ci dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai hesabı açıb. 72-ci dəqiqədə “Marsel”in qapıçısı Xeronimo Rulli topu öz qapısından keçirərək avtoqola imza atıb. Qarşılaşmanın sonlarında, 90+3-cü dəqiqədə isə Kodi Qakpo yekun hesabı müəyyənləşdirib.

Növbəti turda, yanvarın 28-də “Marsel” “Brügge” ilə qarşılaşacaq. Eyni gündə “Liverpul” Azərbaycan təmsilçisi “Qarabağ”ı qəbul edəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının cari mövsümünün final oyunu 30 may 2026-cı ildə Budapeştdə yerləşən “Puşkaş Arena” stadionunda keçiriləcək.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi