8 mart 2026. Bazar günü

“Barselona”dan “Slaviya” üzərində əzmkar qələbə


“Barselona”dan “Slaviya” üzərində əzmkar qələbə

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turu çərçivəsində Çexiyanın “Slaviya” və İspaniyanın “Barselona” klubları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Praqada yerləşən “Fortuna Arena” stadionunda təşkil olunan qarşılaşmanı İngiltərənin Lankaşir bölgəsindən olan baş hakim Kris Kavanan idarə edib.

Görüş katalon klubunun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 10-cu dəqiqədə “Slaviya”nın yarımmüdafiəçisi Vasil Kuşey açıb. 34-cü dəqiqədə “Barselona”nın futbolçusu Fermin Lopes tarazlığı bərpa edib. Səkkiz dəqiqə sonra yenidən fərqlənən Fermin Lopes dubla imza ataraq qonaqları hesabda önə çıxarıb. 44-cü dəqiqədə isə Robert Levandovskinin avtoqolu “Slaviya”ya hesabı bərabərləşdirməyə imkan verib. İkinci hissədə, 64-cü dəqiqədə Dani Olmo “Barselona”nı yenidən irəli çıxarıb. 71-ci dəqiqədə Robert Levandovski katalonların dördüncü qolunu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu nəticədən sonra “Slaviya” 3 xalla turnir cədvəlinin 34-cü pilləsində qərarlaşıb. 13 xala malik “Barselona” isə doqquzuncu sırada yer alır.

Çempionlar Liqasının ümumi mərhələsinin son turunda, yanvarın 28-də “Slaviya” “Pafos”la, “Barselona” isə “Kopenhagen”lə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün final qarşılaşması 30 may 2026-cı ildə Budapeştdə yerləşən “Puşkaş Arena” stadionunda keçiriləcək.







Çempionlar liqası

Çempionlar Liqasında həftənin oyunçusu bilindi
  • Çempionlar liqası
  • 23:48 26.02.2026
Çempionlar Liqasında həftənin oyunçusu bilindi