29 oktyabr 2026. Cümə axşamı

7-ci turdan sonra ÇL-də zirvənin sahibi “Arsenal”dır


7-ci turdan sonra ÇL-də zirvənin sahibi “Arsenal”dır

Çərşənbə günü UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsində 7-ci turun oyunları başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, turun yekunlarına əsasən “Arsenal” klubu 21 xalla turnir cədvəlinin lideri olub.

Mikel Artetanın rəhbərlik etdiyi komanda doğma meydanda “İnter”i 3:1 hesabı ilə məğlub edərək liderliyini möhkəmləndirib.

Turnir cədvəlində növbəti pillələrdə Münhen “Bavariya”sı, Madrid “Real”ı, “Liverpul”, “Tottenhem”, PSJ, “Nyukasl Yunayted” və “Çelsi” qərarlaşıb.

“Barselona”, “Mançester Siti”, “İnter”, “Qarabağ” və Dortmund “Borussiya”sı isə 9–24-cü yerlər arasında qərarlaşan komandalar sırasında yer alıb.

Qeyd edək ki, ümumi mərhələnin səkkiz turunun yekununda 36 klubdan ibarət turnir cədvəli formalaşır. İlk 8 yeri tutan komandalar birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanır, 9–24-cü pillələrdə qərarlaşan klublar isə 1/8 finala yüksəlmək uğrunda pley-off qarşılaşmaları keçirirlər.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi