29 oktyabr 2026. Cümə axşamı

Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında həftənin rəmzi komandasında


Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında həftənin rəmzi komandasında

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turundan sonra həftənin rəmzi komandası açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, simvolik “11-lik”də Azərbaycan çempionu “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev də yer alıb. Milli komandamızın üzvü Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən oyunda (3:2) uğurlu çıxışı ilə diqqət çəkib.

Belə ki, Elvin Cəfərquliyev qarşılaşmada komandasının ikinci qolunda məhsuldar ötürmə ilə yadda qalıb və ümumilikdə stabil oyunu sayəsində UEFA tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, “Qarabağ”ın Almaniya təmsilçisi üzərində qazandığı bu qələbə həm turnir, həm də klubun avrokuboklar tarixində əlamətdar nəticələrdən biri kimi dəyərləndirilir.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi