29 oktyabr 2026. Cümə axşamı

UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb


UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb.

90deqiqe.Az UEFA-nın saytına istinadla xəbər verir ki, simvolik “11-lik”də qapını “Olimpiakos”un qapıçısı Konstantinos Tsolakis qoruyur.

Müdafiə xəttində Pedro Porro (“Tottenhem”), Yosteyn Qundersen (“Budö-Qlimt”), Vircil van Deyk (“Liverpul”) və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev yer alıb.

Yarımmüdafiəçilər sırasında Kefren Turam-Yülen (“Yuventus”), Fermin Lopes (“Barselona”) və Robert Navarro (“Atletik”) var.

Hücum xəttində isə Culiano Simeone (“Atletiko” Madrid), Vinisius Junior (“Real” Madrid) və Luis Suares (“Sportinq”) qərarlaşıb.

Qeyd edək ki, Çempionlar Liqasının cari mövsümünün final oyunu Macarıstanın paytaxtı Budapeştdə yerləşən “Pușkaş Arena” stadionunda keçiriləcək. Turnirin həlledici qarşılaşması 30 may 2026-cı il tarixində baş tutacaq.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi