23 oktyabr 2024. Çərşənbə

FİFA ilin ən yaxşılarını açıqlayır


FİFA ilin ən yaxşılarını açıqlayır

Bu gün İtaliyanın Milan şəhərində FİFA-nın The Best mükafatının qaliblərinin adı açıqlanacaq.

Corner.az xəbər verir ki, dünyanın ali futbol qurumunun təsis etdiyi bu mükafat ötən mövsümün (16 iyul, 2018 - 19 iyul, 2019-cu ilə qədər olan dövr) yekunlarına görə verilir və “Qızıl top” mükafatının davamı sayılır. Qalib azarkeşlər, jurnalistlər, millinin məşqçisi və kapitanları arasındakı sorğu əsasında müəyyənləşir.

Bu dəfə ilin oyunçusu adına Portuqaliya millisi və “Yuventus”dan Kriştiano Ronaldo, Argentina millisi və “Barselona”dan Lionel Messi, Hollandiya millisi və “Liverpul”dan Virdjil van Deyk namizəddir.

Bundan başqa, ilin ən yaxşı məşqçisi, qapıçısı və qolu adı açıqlanacaq.

İlin ən yaxşı məşqçisi adına namizədlər: Yurgen Klopp («Liverpul»), Pep Qvardiola («Mançester Siti»), Maurisio Poçettino («Tottenhem»).

İlin ən yaxşı qapıçısı adına namizədlər: Alisson («Liverpul»), Ederson («Mançester Siti»), Mark-Andre ter Ştegen («Barselona»).

İlin ən yaxşı qolu adına namizədlər:  Lionel Messi («Barselona»), Xuan Kintero («River Pleyt»), Daniel Jori («Debretsen»).

Müvafiq mükafatlar qadın futbolunda da nəzərdə tutulub.

Qeyd edək ki, FİFA The Best mükafatının təqdimetmə mərasimi Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.(qol)







Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"