14 avqust 2026. Cümə

“Liverpul” – “Qarabağ” oyununun baş hakimi bəlli oldu


“Liverpul” – “Qarabağ” oyununun baş hakimi bəlli oldu

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində İngiltərədə keçiriləcək “Liverpul” – “Qarabağ” oyununun hakim təyinatları açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Ona yan xətt hakimləri kimi həmvətənləri Branislav Hantsko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək.

VAR sistemində niderlandlı Pol van Boekel, AVAR-da isə Yan Boterberq fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” matçı yanvarın 28-dən 29-na keçən gecə keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu