28 yanvar 2026. Çərşənbə

“Arsenal” Çempionlar Liqası matçına itkilərlə çıxacaq


“Arsenal” Çempionlar Liqası matçına itkilərlə çıxacaq

“Arsenal” Çempionlar Liqasının evdə keçiriləcək “Kayrat” matçına hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, London klubunun baş məşqçisi Mikel Arteta mətbuat konfransında komandanın vəziyyəti barədə danışıb.Artetanın sözlərinə görə, “kanonirlər” əsas müdafiəçilərindən Yurijen Timber və Uilyam Salibanı itirib:

“Saliba və Timber sıradan çıxıb. Onlarda kiçik sağlamlıq problemləri var. Biz istəyirik ki, hər ikisi həftəsonuna qədər ən yaxşı formada olsun”

“Arsenal” və “Qayrat” 28 yanvarda üz-üzə gələcək. Artetanın komandası ayın son günü Premyer Liqanın XXIV turu çərçivəsində səfərdə “Lids”lə qarşılaşacaq.







Çempionlar liqası

"Qvardiola müasir futbolun baş memarıdır"
  • Çempionlar liqası
  • 23:57 27.01.2026
"Qvardiola müasir futbolun baş memarıdır"
“Qarabağ” asan rəqib deyil”
  • Çempionlar liqası
  • 20:32 27.01.2026
“Qarabağ” asan rəqib deyil”
“Qarabağ”la oyunumuz asan olmayacaq”
  • Çempionlar liqası
  • 19:58 27.01.2026
“Qarabağ”la oyunumuz asan olmayacaq”