14 mart 2026. Şənbə

Arteta Sakanın 13 oyunluq qol susqunluğuna münasibət bildirdi


Arteta Sakanın 13 oyunluq qol susqunluğuna münasibət bildirdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Bukayo Sakanın zəif nəticələrinə münasibət bildirib. 

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Saka 13 oyundur qol vurmur? Baxın, son 200 oyunda nə etmişdi. Burada hər şey aydındır”.

London klubunun hücumçusu son 13 oyunda qol vura bilməyib.

“Arsenal” hazırda Çempionlar Liqasının qrup mərhələsində “Kayrat”la oyuna hazırlaşır. “Kanonirlər” qrupdakı əvvəlki yeddi matçı da qazanıb və 21 xalla lider mövqedədir. London komandası artıq ikinci yerdən aşağı düşə bilməz.

Premyer Liqada da “Arsenal” liderdir, lakin komanda son həftəsonu evdə “Mançester Yunayted”ə 2:3 hesabı ilə uduzub.







Çempionlar liqası

PSJ "Çelsi"ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:10 12.03.2026
PSJ "Çelsi"ni darmadağın etdi