28 yanvar 2026. Çərşənbə

“Futbolçularım "Liverpul"a qarşı ən yaxşı oyunlarını göstərəcək”


“Futbolçularım "Liverpul"a qarşı ən yaxşı oyunlarını göstərəcək”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçularının UEFA Çempionlar Liqasının VIII turunda “Liverpul”la oyunda komandası ən yaxşı performansını göstərəcəyinə əmin olduğunu bildirib.

90deqiqe.Az xəbər verir ki, baş məşqçi mətbuat konfransında bildirib ki, komandası möhtəşəm stadionda və azarkeşlər qarşısında çıxış edəcək:

“Əsas mərhələnin son oyununa çıxırıq. ‘Liverpul’un heyətində olan futbolçular hər zaman qələbəyə can atır. Çox istəyirik ki, İngiltərədə yaxşı oyun sərgiləyək. İnanıram ki, futbolçularım sabah ən yaxşı oyunlarından birini göstərəcəklər”.

Qurbanov əlavə edib ki, futbolçular sabahkı matça tam köklənməlidir:

“Hazırda hər kəs pley-off mərhələsi barədə danışır. Amma biz hazırda ‘Liverpul’la oyuna köklənməliyik. Bu cür komandalarla, bu cür azarkeşlər qarşısında oyunun dadını həqiqətən hiss etmək olur. İnanıram ki, futbolçularımın fikri başqa qarşılaşmalarda yox, yalnız bu matçda olacaq. Hər kəs özünü yaxşı tərəfdən göstərməli, nizamlı çıxış etməlidir”.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.







Çempionlar liqası

"Qvardiola müasir futbolun baş memarıdır"
  • Çempionlar liqası
  • 23:57 27.01.2026
"Qvardiola müasir futbolun baş memarıdır"
“Qarabağ” asan rəqib deyil”
  • Çempionlar liqası
  • 20:32 27.01.2026
“Qarabağ” asan rəqib deyil”
“Qarabağ”la oyunumuz asan olmayacaq”
  • Çempionlar liqası
  • 19:58 27.01.2026
“Qarabağ”la oyunumuz asan olmayacaq”