- Çempionlar liqası
- 23:57 27.01.2026
“Qarabağ”ın futbolçusu Marko Yankoviç UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda İngiltərənin “Liverpul” klubu ilə qarşılaşmada uğurlu nəticə əldə etməyə ümid etdiyini bildirib.
90deqiqe.Az xəbər verir ki, yarımmüdafiəçi mətbuat konfransında deyib ki, komanda qarşılaşmaya ciddi hazırlaşıb:
“Baş məşqçimizin dediyi kimi, biz dünyanın ən möhtəşəm stadionlarından birində, güclü rəqib qarşısında oynayacağıq. Bu bizim üçün şərəfdir və burada olduğumuza görə xoşbəxtik. Sabah yaxşı oyun göstərməyi ümid edirik. Təbii ki, rəqibə hörmətimiz var – onlar ev sahibidirlər, biz isə qonağıq. Sabahkı matçda uğurlu nəticə gözləyirik”.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.