- Çempionlar liqası
- 23:57 27.01.2026
“Bavariya”nın baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının növbəti turunda PSV ilə qarşılaşma barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Napoli" üzərində 6:2 və Liverpul üzərində 4:1 qələbələri unikal nəticələrdir. Görünür ki, PSV özünə inanır. Komanda hücumda güclüdür, çox sürətli kontranüvələr edir və heyətində qol vura biləcək oyunçular var. PSV əvvəlcə "Union Saint-Gilloise"ya uduzsa da, biz ‘Bavariya’yıq və daha çox ‘Napoli’ və ‘Liverpul’a bənzəyirik. Buna görə də sabahkı oyunda diqqətli olmalıyıq”.
Matç Niderlandda qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək.
Qeyd edək ki, “Bavariya” artıq 1/8 finala birbaşa vəsiqəni təmin edib. PSV isə qrupda 2-ci sıradadır və pley-off mərhələsinə yüksəlmək uğrunda mübarizə aparır.