14 mart 2026. Şənbə

"Qvardiola müasir futbolun baş memarıdır"


"Qvardiola müasir futbolun baş memarıdır"

“Qalatasaray”ın futbolçusu Leroy Sane “Mançester Siti”də Xosep Qvardiola ilə işləmək təcrübəsindən danışıb.

90deqiqe.Az xəbər verir ki, "BBC" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.

“Pep Qvardiola müasir futbolun baş memarıdır. O, mənim futbol düşüncə tərzimi tamamilə dəyişdirdi. Pep ilə oynayanda sanki tamamilə fərqli bir idman növünü kəşf edirsən. Onun taktiki tələbləri amansızdır. Mən onun altında sadəcə məşq etmirdim – orada inkişaf etdim. Onun rəhbərliyi altında özümü əvvəllər təsəvvür etdiyimdən daha yetkin futbolçu kimi formalaşdırdım”.

Qeyd edək ki, çərşənbə günü “Mançester Siti” UEFA Çempionlar Liqasının qrup mərhələsinin VIII turunda “Qalatasaray”ı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Çempionlar liqası

PSJ "Çelsi"ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:10 12.03.2026
PSJ "Çelsi"ni darmadağın etdi