- Çempionlar liqası
- 12:01 28.01.2026
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin son turunda Madrid “Real”ı səfərdə Lissabon “Benfika”sı ilə qarşılaşacaq.
90deqiqe.Az xəbər verir ki, bu oyunla bağlı “kral klubu”nun futbolçusu Alvaro Karreras UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.
“Bu qarşılaşma meydan sahibləri üçün çox vacibdir, bizim üçün də eyni dərəcədə önəmlidir. Hər iki komanda qələbə qazanmaq niyyətindədir. “Real” üç xalı əldə etmək istəyir. Bu oyunda öz futbolumuzu nümayiş etdirməliyik. Yalnız bu halda istədiyimiz nəticəyə çata bilərik”.
Qeyd edək ki, “Benfika” – “Real” oyunu bu gün, yanvarın 28-də Lissabondakı stadionda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.