30 sentyabr 2026. Çərşənbə

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində


“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirib.

90deqiqe.Az-ın məlumata görə, Azərbaycan çempionu liqa mərhələsinin VIII turunda İngiltərədə “Liverpul”un qonağı olub.

“Enfild” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Liverpul”un heyətində Aleksis Makallister (2), Florian Virts, Məhəmməd Salah, Uqo Ekitike və Federiko Kyeza fərqləniblər.

Böyükhesablı məğlubiyyətə baxmayaraq, “Qarabağ” liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vuraraq növbəti raunda vəsiqə qazanıb. Bununla da Ağdam təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi yanvarın 30-da keçiriləcək püşkatma mərasimindən sonra bəlli olacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”