29 yanvar 2026. Cümə axşamı

“Napoli” üçün Çempionlar Liqası bitdi


“Napoli” üçün Çempionlar Liqası bitdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VIII turu çərçivəsində “Napoli” və “Çelsi” klubları arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumata görə, Neapoldakı “Dieqo Armando Maradona” stadionunda təşkil olunan oyunu Fransadan olan baş hakim Kleman Türpen idarə edib. Qarşılaşma “Çelsi”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı matçın 19-cu dəqiqəsində qonaqların yarımmüdafiəçisi Entso Fernandes penaltidən açıb. 33-cü dəqiqədə “Napoli”nin futbolçusu Antonio Verqara tarazlığı bərpa edib. 43-cü dəqiqədə isə hücumçu Rasmus Hoylund meydan sahiblərini hesabda önə çıxarıb.

İkinci hissədə 61-ci dəqiqədə “Çelsi”nin hücumçusu Joao Pedro hesabı bərabərləşdirib. 82-ci dəqiqədə isə Joao Pedro dubl edərək London klubuna qələbə qazandırıb.

Səkkiz turdan sonra “Napoli” 8 xalla 30-cu pillədə, “Çelsi” isə 16 xalla 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, Çempionlar Liqasının cari mövsümünün final oyunu 2026-cı il mayın 30-da Budapeştdə yerləşən “Puşkaş Arena” stadionunda keçiriləcək.







Çempionlar liqası

Levandovski Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 02:43 29.01.2026
Levandovski Ronaldonun rekorduna yaxınlaşdı
 “Bavariya” səfərdə PSV-yə qalib gəldi
  • Çempionlar liqası
  • 02:30 29.01.2026
“Bavariya” səfərdə PSV-yə qalib gəldi
PSJ “Nyukasl”la bacarmadı
  • Çempionlar liqası
  • 02:29 29.01.2026
PSJ “Nyukasl”la bacarmadı
 “Atletik” evdə “Sportinq”ə məğlub oldu
  • Çempionlar liqası
  • 02:27 29.01.2026
“Atletik” evdə “Sportinq”ə məğlub oldu
 “Tottenhem” “Ayntraxt”ı məğlub etdi
  • Çempionlar liqası
  • 02:25 29.01.2026
“Tottenhem” “Ayntraxt”ı məğlub etdi