16 mart 2026. Bazar ertəsi

“Mançester Siti” “Qalatasaray”ı məğlub etdi və Çempionlar Liqasının 1/8 finalına yüksəldi


“Mançester Siti” “Qalatasaray”ı məğlub etdi və Çempionlar Liqasının 1/8 finalına yüksəldi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VIII turu çərçivəsində İngiltərənin “Mançester Siti” klubu Türkiyənin “Qalatasaray” komandası ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumata görə, “Etihad” stadionunda keçirilən görüşü İspaniyadan olan baş hakim Alejandro Ernandes idarə edib. Oyunda “Mançester Siti” 2:0 hesablı qələbə qazanıb.

Hesabı matçın 11-ci dəqiqəsində Erlinq Haland açıb. 29-cu dəqiqədə Rayan Şerki fərqi iki topa çatdıraraq İngiltərə klubunun qələbəsini təmin edib.

Bu nəticədən sonra “Mançester Siti” 16 xalla ümumi cədvəldə 8-ci yerdə qərarlaşıb və 1/8 finala vəsiqə qazanıb. “Qalatasaray” isə 10 xalla 20-ci pillədə qərarlaşıb və turnirdə play-off mərhələsində mübarizəsini davam etdirəcək.







Çempionlar liqası

PSJ "Çelsi"ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:10 12.03.2026
PSJ "Çelsi"ni darmadağın etdi