29 yanvar 2026. Cümə axşamı

“Bavariya” səfərdə PSV-yə qalib gəldi


 “Bavariya” səfərdə PSV-yə qalib gəldi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VIII turu çərçivəsində Niderlandın PSV (Eyndhoven) klubu Almaniyanın “Bavariya” komandası ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumata görə, matç Eyndhoven, “Filips” stadionunda baş tutub və 2:1 hesabı ilə Almaniya klubunun qələbəsi ilə yekunlaşıb. Baş hakim Portuqaliyadan Joau Pedru Pinyeiru olub.

Görüşdə 58-ci dəqiqədə Jamal Musiala Münhen komandasını hesabda önə keçirib. 78-ci dəqiqədə Ismael Saibari PSV üçün bərabərlik qolunu vurub. 84-cü dəqiqədə Harry Kane qalibiyyət qolunu vuraraq “Bavariya”nı qələbəyə daşıyıb.

Səkkiz turdan sonra PSV 8 xalla 28-ci pillədə qərarlaşıb və turnirdən kənar qalıb. “Bavariya” isə 21 xalla 2-ci pillədə yer alıb və 1/8 finala artıq vəsiqəsini təmin edib.

Qeyd edək ki, Çempionlar Liqasının finalı 30 may 2026-cı il tarixində Budapeştdə “Puşkaş Arena” stadionunda keçiriləcək.







Çempionlar liqası

Levandovski Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 02:43 29.01.2026
Levandovski Ronaldonun rekorduna yaxınlaşdı
 “Bavariya” səfərdə PSV-yə qalib gəldi
  • Çempionlar liqası
  • 02:30 29.01.2026
“Bavariya” səfərdə PSV-yə qalib gəldi
PSJ “Nyukasl”la bacarmadı
  • Çempionlar liqası
  • 02:29 29.01.2026
PSJ “Nyukasl”la bacarmadı
 “Atletik” evdə “Sportinq”ə məğlub oldu
  • Çempionlar liqası
  • 02:27 29.01.2026
“Atletik” evdə “Sportinq”ə məğlub oldu
 “Tottenhem” “Ayntraxt”ı məğlub etdi
  • Çempionlar liqası
  • 02:25 29.01.2026
“Tottenhem” “Ayntraxt”ı məğlub etdi