29 yanvar 2026. Cümə axşamı

“Biz daha yaxşı komandayıq, amma layiqli məğlub olduq”


“Biz daha yaxşı komandayıq, amma layiqli məğlub olduq”

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının qrup mərhələsində “Liverpul”a qarşı keçirilən oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumata görə, təcrübəli mütəxəssis bildirib ki, komandası daha yaxşı çıxış edə bilərdi:

“Daha yaxşı oynaya bilərdik, bu bizim oyunumuz deyildi. Biz daha yaxşı komandayıq, baxmayaraq ki, “Liverpul”a qarşı oynayırdıq. Hər bir halda layiqli məğlub olduq, amma layiqli şəkildə də ilk 24-lükdə yer aldıq. Xalqımızı təbrik edirəm. Hamı bu mərhələyə yüksəlməyimizi çox gözləyirdi”.

Qurban Qurbanov turnirin bu mərhələsində oyunların daha da çətinləşdiyini, rəqiblərin səviyyəsinin yüksəldiyini vurğulayıb. O qeyd edib ki, komandada həm böyükhesablı məğlubiyyətin məyusluğu, həm də pley-offa yüksəlməyin sevinci var:

“Daha yaxşı mübarizə apara bilərdik. İlk səkkiz komanda arasında rahat rəqib yox idi. Hər oyun, hər stadion öz çətinliyi ilə seçilirdi”.

Qeyd edək ki, “Enfild” stadionunda baş tutan qarşılaşma “Liverpul”un 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla belə, turnir cədvəlini 10 xalla 22-ci pillədə tamamlayan “Qarabağ” növbəti mərhələyə vəsiqə qazanıb.Beləliklə, “köhlən atlar” Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.







Çempionlar liqası

Levandovski Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 02:43 29.01.2026
Levandovski Ronaldonun rekorduna yaxınlaşdı
 “Bavariya” səfərdə PSV-yə qalib gəldi
  • Çempionlar liqası
  • 02:30 29.01.2026
“Bavariya” səfərdə PSV-yə qalib gəldi
PSJ “Nyukasl”la bacarmadı
  • Çempionlar liqası
  • 02:29 29.01.2026
PSJ “Nyukasl”la bacarmadı
 “Atletik” evdə “Sportinq”ə məğlub oldu
  • Çempionlar liqası
  • 02:27 29.01.2026
“Atletik” evdə “Sportinq”ə məğlub oldu