29 yanvar 2026. Cümə axşamı

“Birinci hissədə oyunumuzla fəxr edə bilərik”


“Birinci hissədə oyunumuzla fəxr edə bilərik”

“Kopenhagen” klubunun hücumçusu Cordan Larsson UEFA Çempionlar Liqasının ümumi mərhələsinin VIII turunda “Barselona”ya qarşı keçirilən oyundan sonra böyükhesablı məğlubiyyəti şərh edib.

90deqiqe.Az xəbər verir ki, Larsson bildirib ki, komandası oyuna yaxşı hazırlaşıb və plan ilkin mərhələdə özünü doğruldub:

“Yaxşı oyun planımız var idi və əvvəlcə işləyirdi. Epizodlarımızdan maksimum yararlanmalı idik. Bir müddət sonra rəqib oyunun tempini maksimuma qaldırdı. Bu, dünyanın ən yaxşı komandası idi. Birinci hissədə göstərdiyimiz oyuna görə fəxr edə bilərik. Məğlubiyyətlər üzücüdür, lakin bu oyun bizim üçün böyük təcrübə oldu”, – UEFA-nın mətbuat xidməti futbolçunun sözlərini sitat gətirib.

Qeyd edək ki, Kataloniya təmsilçisinin “Kamp Nou” stadionunda baş tutan qarşılaşma “blauqrana”nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ümumi mərhələnin yekununda “Kopenhagen” turnir cədvəlində 31-ci yeri tutub.







Çempionlar liqası

Levandovski Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 02:43 29.01.2026
Levandovski Ronaldonun rekorduna yaxınlaşdı