16 mart 2026. Bazar ertəsi

“PSJ ilə oynamaq daha maraqlıdır”

ediklərini belə çatdırıb.​​​​​​​


“PSJ ilə oynamaq daha maraqlıdır”

Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Ağdam təmsilçisi burda ya PSJ, ya da İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.

90deqiqe.Az-ın "Çempionat"a istinadən məlumatına görə, “Qarabağ”ın qapıçısı Şahrudin Məmmədəliyev PSJ ilə qarşılaşmaq istədiyini bildirib:

“Əlbəttə, PSJ ilə qarşılaşmaq daha maraqlıdır. Bu, yalnız Matvey Safonov üçün deyil, həm də daha ulduzlu və tanınmış bir klubla oynamaq imkanına görədir. Həmişə ən yaxşılarla rəqabət aparmaq istəyirsən”

Çempionlar Liqasının pley-off mərhələsinin püşkü 30 yanvar keçiriləcək. Qeyd edək ki, PSJ hazırda Avropa çempionları kubokunun sahibidir.







Çempionlar liqası

PSJ "Çelsi"ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:10 12.03.2026
PSJ "Çelsi"ni darmadağın etdi