FİFA-nın 2019-cu ilin ən yaxşılarını mükafatlandırma mərasimi davam edir.
Corner.az xəbər verir ki, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında keçirilən tədbirdə ilin qapıçısı açıqlanıb.
Bu ada Allison Bekker (Braziliya, “Liverpul”) layiq görülüb. O, digər namizədlər Ederson (Braziliya, “Mançester Siti”) və Andre Ter-Şteqeni (Almaniya, “Barselona”) qabaqlayıb.
Mərasimdə həmçinin bir sıra digər mükafatlarında sahibləri bəlli olub.
FİFA-nın ən yaxşı azarkeş mükafatı braziliyalı Silviya Qrekkoya verilib. O, görmə qabiliyyətini itirən oğluna oyunların gedişatını bəhs etdiyi üçün bu mükafata layiq görülüb.
Ən yaxşı qadın qapıçı mükafatına Sari van Vinendal yiyələnib. O, 2018-ci ilin yayında “Arsenal”dan “Atletiko”ya keçən Hollandiya yığmasının qapıçısıdı.
Feyr-pley mükafatı isə İngiltərənin “Lids” klubuna və bu komandanın baş məşqçisi Marselo Byelsaya təqdim olunub.