12 mart 2026. Cümə axşamı

“Nyukasl” – “Qarabağ” oyunu üçün qonaq azarkeşlərə bilet satışı başlayıb


“Nyukasl” – “Qarabağ” oyunu üçün qonaq azarkeşlərə bilet satışı başlayıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərədə keçiriləcək “Nyukasl” – “Qarabağ” oyunu üçün qonaq komandanın azarkeşlərinə ayrılmış biletlərin satışı başlanıb.

Ağdam klubunun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, azərbaycanlı azarkeşlər üçün nəzərdə tutulan vauçerlərin qiyməti 115 manat təşkil edir. Bildirilib ki, biletlər ilkin mərhələdə iTicket.az platforması vasitəsilə əldə olunacaq, oyun gününədək isə göstərilən elektron poçt ünvanına göndəriləcək.

Qarşılaşmanın baş tutacağı “Sent Ceyms Park” stadionunda “Qarabağ” azarkeşləri üçün ümumilikdə 2466 yer ayrılıb.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” matçı fevralın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Çempionlar liqası

PSJ "Çelsi"ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:10 12.03.2026
PSJ "Çelsi"ni darmadağın etdi
"Vinisiusla bağlı heç bir sual ola bilməz"
  • Çempionlar liqası
  • 16:39 11.03.2026
"Vinisiusla bağlı heç bir sual ola bilməz"