15 fevral 2026. Bazar günü

UEFA-dan ən çox gəlir əldə edən klublar açıqlanıb - PSJ liderdir


UEFA-dan ən çox gəlir əldə edən klublar açıqlanıb  - PSJ liderdir

Fransanın PSJ klubu 2024/2025 mövsümü üçün UEFA-dan 144,4 milyon avro gəlir əldə edib.

90deqiqe.Az-ın məlumatına görə,bu barədə məlumat UEFA-nın rəsmi saytında yer alıb.

Paris təmsilçisi Çempionlar Liqasını qazanaraq finalda "İnter"i 5:0 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, İspaniyanın "Barselona" klubu yarımfinalda italiyalılara 3:4 hesabı ilə uduzduğundan UEFA ödənişləri üzrə top-3-ə daxil ola bilməyib və 116,5 milyon avro mükafat alıb.

UEFA-nın 2024/2025 mövsümü üzrə ən çox mükafat alan ilk 10 klub belədir:

  1. PSJ – 144,4 mln avro 

  2. "İnter"– 136,6 mln avro 

  3. "Arsenal" – 116,9 mln avro 

  4. "Barselona" – 116,5 mln avro 

  5. "Bavariya" – 105,8 mln avro 

  6. "Borussiya Dortmund" – 102,1 mln avro 

  7. "Real Madrid" – 101,8 mln avro 

  8. "Liverpul" – 98,1 mln avro 

  9. "Bayer Leverkuzen" – 87,1 mln avro 

  10. "Atletiko Madrid" – 84,9 mln avro 







Çempionlar liqası

“Qarabağ”ın Avrokubok gəliri açıqlandı
  • Çempionlar liqası
  • 13:00 13.02.2026
“Qarabağ”ın Avrokubok gəliri açıqlandı