5 aprel 2026. Bazar günü

“Qarabağ” – “Nyukasl” matçının hakimləri açıqlandı


“Qarabağ” – “Nyukasl” matçının hakimləri açıqlandı

Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyununun hakim təyinatları müəyyənləşib.

90deqiqe.Az-ın məlumata görə, qarşılaşmanı norveçli hakim Espen Eskos idarə edəcək. Ona həmyerliləri Yan Erik Enqan və İsak Elias Başevkin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək.

VAR hakimləri Niderlanddan olacaq. Video köməkçi hakim kimi Rob Diperink, onun köməkçisi (AVAR) isə Dennis Hiqler fəaliyyət göstərəcək.

Matçın hakim-inspektoru italiyalı Matteo Simone Trefoloni, UEFA nümayəndəsi isə litvalı İqnas Marçinkeviçyus təyin olunub.

Qeyd edək ki, görüş fevralın 18-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə keçiriləcək.







Çempionlar liqası

“Barselona” “Real”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 23:59 02.04.2026
“Barselona” “Real”ı darmadağın etdi
“Real Madrid" həmişə favoritdir”
  • Çempionlar liqası
  • 21:57 29.03.2026
“Real Madrid" həmişə favoritdir”
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"