- Çempionlar liqası
- 17:41 17.02.2026
“Qarabağ”ın futbolçuları UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubuna qarşı keçiriləcək ilk oyunda azarkeşləri sevindirmək üçün bütün güclərini ortaya qoyacaqlar.
90deqiqe.Az xəbər verir ki, bu barədə komandanın üzvü Kamilo Duran mətbuat konfransında danışıb.
24 yaşlı oyunçu matçla bağlı fikirlərini belə bölüşüb:
“Bizi tarixi və çətin oyun gözləyir. Doğma azarkeşlər önündə mübarizə aparacağıq. Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik.”
Duran həmçinin rəqibin sürətli oyun üslubuna diqqət çəkib:
“Matça yaxşı hazırlaşmışıq. Çətin rəqib olsa da, zəif cəhətlərindən yararlanmağa çalışacağıq.”
Futbolçu UEFA Çempionlar Liqasındakı təcrübəsindən də danışıb:
“Qarabağ”da bu yolu keçmişəm. Bu, karyeramın ən önəmli dönəmidir. Mən də oyun keyfiyyətlərimi yaxşılaşdırmalıyam.”
Duran, sabahkı matçda fərqlənəcəyi təqdirdə Kolumbiya futbol tarixində adını qeyd edə biləcəyini vurğulayıb:
“Qol vurmağa hazıram. Məşqlərdə bu rəqibi düşünürdüm. Bu hədəfə çatmağa hazıram.”
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionuda keçiriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.