4 aprel 2026. Şənbə

"Məqsəd yalnız mərhələ adlamaq deyil"


"Məqsəd yalnız mərhələ adlamaq deyil"

"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa komandasının bu mövsüm Çempionlar Liqasını qazanmağa iddialı olduğunu bildirib.

90deqiqe.Az xəbər verir ki, "Mundo Deportivo" çalışdırıcının dediklərini belə çatdırıb.

“Məqsədimiz təkcə "Benfika"nı mübarizədən kənarlaşdırmaq deyil, Çempionlar Liqasını qazanmaqdır. Klubun emblemi bunu tələb edir. Bu mərhələni keçmək qisas deyil, qarşıya qoyduğumuz hədəfə doğru atılan addımdır.

Lissabondakı məğlubiyyət? Bu, artıq yeni oyundur. Keçmiş matçı təhlil etmişik. Düşünürəm ki, futbolçular daha yaxşı oynaya bilərlər və biz meydanda ən yüksək səviyyəmizi göstərməliyik”.

Xatırladaq ki, “Benfika” turnirin ümumi mərhələsinin 8-ci turunda “Real”ı 4:2 hesabı ilə məğlub etmişdi. Madrid təmsilçisi 1/8 finala birbaşa vəsiqə qazana bilmədiyi üçün mübarizəni pley-off mərhələsindən davam etdirir.







Çempionlar liqası

“Barselona” “Real”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 23:59 02.04.2026
“Barselona” “Real”ı darmadağın etdi
“Real Madrid" həmişə favoritdir”
  • Çempionlar liqası
  • 21:57 29.03.2026
“Real Madrid" həmişə favoritdir”
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"