- Çempionlar liqası
- 23:40 17.02.2026
2025/2026 mövsümü üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qalatasaray” və “Yuventus” üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, görüş İstanbulda yerləşən “RAMS Park” stadionunda keçirilib və meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 15-ci dəqiqədə Türkiyə klubunun yarımmüdafiəçisi Qabriel Sara açıb. İki dəqiqə sonra Turin təmsilçisinin yarımmüdafiəçisi Tön Kopmeyners tarazlığı bərpa edib. 32-ci dəqiqədə Kopmeyners dubla imza ataraq komandasını hesabda önə çıxarıb.
İkinci hissənin əvvəlində İstanbul klubunun vingeri Noa Lanq bərabərlik qolunu vurub. 60-cı dəqiqədə müdafiəçi Davinson Sançes “Qalatasaray”ı yenidən hesabda irəli çıxarıb. 75-ci dəqiqədə Lanq özü də dubla imza atıb. Oyunun sonlarında isə müdafiəçi Saşa Boe hesabı darmadağın həddinə çatdırıb.
Komandalar arasında cavab görüşü 25 fevralda Turində yerləşən “Allianz” stadionunda keçiriləcək.
Ümumi mərhələnin yekununa əsasən, Türkiyə təmsilçisi 10 xalla 20-ci, İtaliya klubu isə 13 xalla 13-cü pilləni tutub.