18 fevral 2026. Çərşənbə

“Qarabağ” zəif komanda deyil”


“Qarabağ” zəif komanda deyil”

“Nyukasl” komandasının baş məşqçisi Eddi Hau “Qarabağ”la keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bildirib ki, komandası görüşə ciddi hazırlaşıb:

“Zədəli futbolçularımız sıraya qayıtmaqdadır. Bakıya yüksək əhval-ruhiyyə ilə gəlmişik. ‘Qarabağ’ı yaxşı təhlil etmişik. Onların ‘Liverpul’ və ‘Çelsi’ ilə oyunlarını izləmişik. Son qarşılaşmalardakı uğurlu nəticələrimizin davamını Bakıda gətirmək istəyirik”.

Baş məşqçi Ağdam təmsilçisinin oyun üslubunu da yüksək qiymətləndirib:

“Onların çox yaxşı oyun tərzi var. ‘Qarabağ’ı ingilis klubları ilə müqayisə etmək çətindir. Düşünürəm ki, zəif komanda deyillər”.

E.Hau rəqib heyətdə xüsusi fərqləndirə biləcəyi futbolçunun olmadığını vurğulayıb:

“Bu barədə konkret nəsə demək çətindir. Biz öz oyunumuzu oynayacağıq və istədiyimiz nəticəni qazanmağa çalışacağıq”.

O, həmçinin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqqında da danışıb:

“Bir mütəxəssis eyni komandada 17 il çalışırsa, bu, böyük hörmət deməkdir. Qurban Qurbanov gördüyü işlərlə ön plana çıxır. Düzdür, onunla bağlı dərindən araşdırma aparmamışam, amma müəyyən məlumatlara sahibəm”.

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” oyunu fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də start götürəcək.







Çempionlar liqası

“Bizi çətin oyun gözləyir”
  • Çempionlar liqası
  • 11:55 18.02.2026
“Bizi çətin oyun gözləyir”
“Real” və PSJ səfərdə qalib gəldi
  • Çempionlar liqası
  • 06:01 18.02.2026
“Real” və PSJ səfərdə qalib gəldi
“Qalatasaray” “Yuventus”u darmadağın etdi
  • Çempionlar liqası
  • 23:40 17.02.2026
“Qalatasaray” “Yuventus”u darmadağın etdi
“Qarabağ” zəif komanda deyil”
  • Çempionlar liqası
  • 21:54 17.02.2026
“Qarabağ” zəif komanda deyil”
"Məqsəd yalnız mərhələ adlamaq deyil"
  • Çempionlar liqası
  • 21:05 17.02.2026
"Məqsəd yalnız mərhələ adlamaq deyil"