29 iyun 2026. Bazar ertəsi

“Qarabağ” müsbət mənada qeyri-adi komandadır”


“Qarabağ” müsbət mənada qeyri-adi komandadır”

“Nyukasl” klubunun futbolçusu Antoni Elanqa “Qarabağ”la keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, Hücumçu Bakıdakı qarşılaşmada sərfəli nəticə qazanmaq istədiklərini bildirib:

“Komandamızın uğur qazanması üçün çalışırıq. Sabahkı matça tam fokuslanmışıq. İnanırıq ki, istədiyimiz nəticəni əldə edəcəyik. ‘Qarabağ’ müsbət mənada qeyri-adi komandadır. Onlar kollektiv şəkildə çox yaxşı çıxış edirlər”.

Elanqa Ağdam təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsində ilk “24-lüy”ə düşməsinə təəccüblənmədiklərini də vurğulayıb:

“‘Qarabağ’ barədə kifayət qədər məlumatımız var. Onların ‘Kopenhagen’ə qalib gəlməsi və ‘Çelsi’ ilə heç-heçə etməsi diqqətimi çəkmişdi. Ümumiyyətlə, Çempionlar Liqasında zəif komanda olmadığını düşünürəm”.

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” oyunu fevralın 18-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə keçiriləcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu