5 aprel 2026. Bazar günü

“Bir həftə sonra Berqamoya vəsiqə üçün gedəcəyik”


“Bir həftə sonra Berqamoya vəsiqə üçün gedəcəyik”

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Borussiya Dortmund" doğma meydanda "Atalanta"nı 2:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az xəbər verir ki, “arılar”ın mərkəz hücumçusu Seru Quirassi qarşılaşmadan sonra fikirlərini bölüşüb.

“Bu, komanda işinin nəticəsi idi, mən meydana tək çıxmıram. Erkən qol vurmağı bacardıq və daha sonra üstünlüyü artırdıq. Fasilədən sonra o qədər də parlaq oynamadıq, amma müdafiədə etibarlı çıxış etdik. Bir həftə sonra növbəti mərhələyə vəsiqəni qazanmaq üçün Berqamoya yollanacağıq”, – deyə hücumçu UEFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

Qeyd edək ki, “Atalanta” – “Borussiya” cavab görüşü fevralın 25-də Berqamo şəhər stadionunda keçiriləcək.







Çempionlar liqası

“Barselona” “Real”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 23:59 02.04.2026
“Barselona” “Real”ı darmadağın etdi
“Real Madrid" həmişə favoritdir”
  • Çempionlar liqası
  • 21:57 29.03.2026
“Real Madrid" həmişə favoritdir”
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"