18 aprel 2026. Şənbə

“Bizi çətin oyun gözləyir”


“Bizi çətin oyun gözləyir”

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Atletiko Madrid" səfərdə Belçikanın “Brügge” komandası ilə qarşılaşacaq.

90deqiqe.Az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone matç barədə fikirlərini bölüşüb.

“Yaxşı rəqiblə üz-üzə gələcəyik. ‘Brügge’ ‘Barselona’, ‘Marsel’ və ‘Monako’ ilə oyunlarda layiqli çıxış edib. Gənc, lakin artıq təcrübə toplamış komandadır. Hücum xətti çox sürətlidir. Çətin qarşılaşma olacaq, amma qalib gəlməliyik. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”, – deyə argentinalı mütəxəssis UEFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

Qeyd edək ki, “Brügge” – “Atletiko” oyunu bu gün, fevralın 18-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.







Çempionlar liqası